Ombudsmanın nümayəndələri penitensiar müəssisələrdə araşdırma aparıblar

Ombudsmanın nümayəndələri penitensiar müəssisələrdə araşdırma aparıblar
# 25 sentyabr 2014 09:51 (UTC +04:00)

Bakı-APA. İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 və 11 saylı cəzaçəkmə müəssisələrinə qısamüddətli başçəkmələr həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmələrdə məqsəd Müvəkkilin ünvanına daxil olmuş müraciətlərin araşdırılması, həmçinin saxlanılma şəraiti və məhkumlarla rəftar vəziyyətinin öyrənilməsi olub.

Başçəkmələrdə MPQ-nin həkim üzvü də iştirak edib.

Ombudsmanın nümayəndələri 10 saylı CÇM-nin cərimə təcridxanasının bütün kameralarına, o cümlədən kamera tipli otaqlara və cərimə otaqlarına baxış keçirib, orada saxlanılan şəxslərin saxlanılma şəraiti, səhhəti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrəniblər.

Cərimə təcridxanasında saxlanılan şəxslərlə, eyni zamanda Müvəkkilə müraciətləri ilə bağlı hər iki müəssisədə qəbul edilmiş məhkumlarla fərdi qaydada aparılan söhbət zamanı həmin şəxslər saxlanılma şəraiti və müəssisə əməkdaşlarının rəftarı ilə bağlı narazılıq etməyiblər. Onlara qaldırdıqları məsələlərlə bağlı Ombudsmanın səlahiyyətləri izah edilib, hüquqi məsləhətlər verilib.

Araşdırmaların yekunları ilə bağlı hər iki müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR