Lənkəranda saxta əsginas və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslər tutulub - FOTO

Lənkəranda saxta əsginas və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslər tutulub - <span style="color: red;">FOTO
# 19 noyabr 2014 15:49 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran Şəhər-Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşlarının Lənkəran şəhərlərarası avtovağzalında həyata keçirdikləri əməliyyat tədbirləri zamanı Bakı şəhərinin Suraxanı rayonunun Qaraçuxur qəsəbə sakini, 1981-ci il təvəllüdlü Namiq Tahir oğlu Həsənov şübhəli şəxs qismində saxlanılıb. Bu barədə APA-nın cənub bürosuna Lənkəran ŞRPŞ-nin müstəntiqi Toğrul Hüseynov məlumat verib. Saxlanılan N. Həsənovun üzərinə baxış keçirilərkən hər biri 100 ABŞ dolları olmaqla 3 ədəd saxta əsginas aşkarlanaraq götürülüb. İlkin araşdırmalardan məlum olub ki, N.Həsənov saxta pullara ümumilikdə 60 manat verməklə Lənkəran rayonunun Girdəni kənd sakini, 1971-ci il təvəllüdlü Arzuman Rəşid oğlu Mirzəyevdən əldə edib. Polis əməkdaşları A.Mirzəyevin evinə baxış keçirdikləri zaman oradan 35 ədəd kibrit qutusunda 172 qram və 2 ədəd sellofan bükümdə 300 qram narkotik vasitə olan marixuana, həmçinin 28 qram çətənə bitkisinin toxumunu aşkarlayaraq götürüblər.

Hər iki şəxs istintaqa cəlb olunub.

Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 234.4.3 və 204-cü maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR