Paşha Bank
Bank Of Baku

Dövlət Miqrasiya Xidməti: Hər il Azərbaycanda 20 mindən çox qanunsuz miqrant aşkarlanır

Dövlət Miqrasiya Xidməti: Hər il Azərbaycanda 20 mindən çox qanunsuz miqrant aşkarlanır
# 12 iyun 2019 12:08 (UTC +04:00)

"İl ərzində Azərbaycanda orta hesabla 15-20 mindən çox qanunsuz miqrant aşkar edilir".

APA-nın xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəis müavini Pərviz Musayev "Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə milli potensialların artırılması" layihəsinin bağlanış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, qanunsuz miqrantların bir qisminin ölkədə yaşayışı leqallaşdırılır, bir qismi isə ölkədən çıxarılır.

Rəis müavininin sözlərinə görə, qanunsuz miqrantların arasında insan alveri qurbanlarına da rast gəlinir.

İnsan alverinə qarşı mübarizənin Azərbaycan dövləti tərəfindən daim diqqətdə saxlanıldığını vurğulayan P. Musayev qeyd edib ki, dünyada hər il 40 milyon insan alveri qurbanı aşkar edilir və qurbanların hər 4 nəfərindən birini uşaqlar təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR