İnam Kərimov: “Yay aylarına qədər Bakının bütün əhalisi “Asan xidmət” mərkəzlərinin xidmətlərindən bəhrələnəcək”

İnam Kərimov: “Yay aylarına qədər Bakının bütün əhalisi “Asan xidmət” mərkəzlərinin xidmətlərindən bəhrələnəcək”
# 17 aprel 2013 09:11 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib. Onun sözlərinə görə, may ayı ərzində Bakıda 2 saylı Xətai “Asan xidmət” mərkəzinin açılması nəzərdə tutulur. O cümlədən may ayı ərzində Sumqayıtda 2 “Asan xidmət” mərkəzi açılacaq. Bu mərkəzlər təkcə Sumqayıta deyil, Xızı, Şabran, Siyəzən və Abşeron rayonlarının əhalisinə də xidmət göstərəcək.

İ. Kərimov deyib ki, bu il Gəncədə də “Asan xidmət” mərkəzinin açılması nəzərdə tutulur: ““Asan xidmət” mərkəzlərində 25 xidmət və 22 funksional xidmət göstərir. Əgər gələcəkdə ölkə prezidenti tərəfindən bu xidmətlərin siyahısına dəyişiklik edilərsə, “Asan xidmət” mərkəzlərində buna uyğun olaraq vətəndaşlara xidmət göstəriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR