“Möhkəmlənən NATO-Azərbaycan münasibətləri: perpektivlər və imkanlar” mövzusunda dəyirmi masa keçirilib

“Möhkəmlənən NATO-Azərbaycan münasibətləri: perpektivlər və imkanlar” mövzusunda dəyirmi masa keçirilib
# 02 mart 2015 13:56 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rumıniyanın Azərbaycandakı səfirliyi NATO-nun Azərbaycandakı rezident-əlaqələndiricisi vəzifəsi çərçivəsində “Möhkəmlənən NATO-Azərbaycan münasibətləri: perpektivlər və imkanlar” mövzusunda dəyirmi masa təşkil edib.

Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə Şimal Atlantika Alyansı nümayəndələri, səfirlər, diplomatlar və Azərbaycandakı NATO ölkələrinin müdafiə attaşeləri iştirak edib.

Görüşdə çıxış edən Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu NATO-Azərbaycan tərəfdaşlığının strateji xarakter daşıdığını və Şimal Atlantika Alyansı ilə Bakı arasında əməkdaşlığın aktiv şəkildə inkişaf etdiyini bildirib: “Azərbaycan Avropa enerji təhlükəsizliyində həlledici rol oynayan regionda etibarlı tərəfdaşdır. Əməkdaşlıq regional, o cümlədən Avro-Atlantik təhlükəsizlik baxımından qarşılıqlı fayda verəcək”.

Səfir qeyd edib ki, Rumıniya NATO-Azərbaycan əlaqələrinin gələcəkdə daha da inkişaf etməsi üçün öz töhfəsini verəcək.

NATO baş qərargahının nümayəndəsi Cin Dandurain NATO-Azərbaycan əlaqələrinin hazırkı durumu barədə danışıb. NATO-nun digər nümayəndəsi Pavel Anastasov NATO-nun təlim və təhsil proqramlarının əsas elementlərini diqqətə çatdırıb. Dəyirmi masa iştirakçıları NATO-Azərbaycan əlaqələrindəki müsbət inkişaf barədə fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR