Gəncədə 2 mərtəbəli ev yanıb

Gəncədə 2 mərtəbəli ev yanıb
# 01 iyun 2015 10:46 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində yaşayış evində yanğın olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, yanğın hadisəsi iyunun 1-də saat 10 radələrində şəhərin Əlövsət Məmmədov küçəsində Nizaməddin Əliyevə məxsus iki mərtəbəli, 9 otaqlı evdə baş verib. Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, ümumi sahəsi 120 kvadratmetr olan evin 24 kvadratmetri yanıb. Hadisə zamanı xəsarət alan olmasa da, evə xeyli ziyan dəyib. Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub və bir müddətdən sonra yanğın söndürülüb.

Yanğının səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR