Paşha Bank
Bank Of Baku

Litva Azərbaycanla Aİ ölkələri arasında viza rejiminin sadələşdirilməsinə dəstək göstərəcək

Litvanın xarici işlər naziri Kestutis Budris

© APA | Litvanın xarici işlər naziri Kestutis Budris

# 25 noyabr 2026 13:26 (UTC +04:00)

Litva Aİ-Azərbaycan münasibətlərində xüsusi rol oynayacaq.

APA xəbər verir ki, bunun Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Litva Aİ Şurasının sədri kimi Azərbaycanla Aİ ölkələri arasında viza rejiminin sadələşdirilməsinə dəstək göstərəcək.

Nazir əlavə edib ki, təkcə müzakirələri deyil, hər iki tərəfdə müvafiq hüquqi prosesləri də yenidən başlamaq lazımdır: “Mən həqiqətən inanıram ki, səfərlər üçün daha əlverişli şərtlərin yaradılması və təmasların artırılması qarşılıqlı anlaşmanı gücləndirir, ölkələr arasında əməkdaşlıq üçün yeni imkanlar yaradır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR