Zaqatalada 2 yaşlı uşaq və 52 yaşlı kişi zəhərlənib - VİDEO

Zaqatalada 2 yaşlı uşaq və 52 yaşlı kişi zəhərlənib - <span style="color: red;">VİDEO
# 13 iyul 2014 11:26 (UTC +04:00)

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, iyulun 12-si axşam saatlarında rayonun Çobankol kənd sakini, 1962-ci il təvəllüdlü, İlfan İslam oğlu Məmmədov və Zaqatala şəhər sakini, 2012-ci il təvəllüdlü Yusif Sənan oğlu Qurbanov halsız vəziyyətdə xəstəxananın qəbul şöbəsinə daxil olublar.

Həkimlərin araşdırması zamanı məlum olub ki, İlfan Məmmədov gəmiricilərə qarşı kimyəvi maddədən istifadə edən zaman zəhərlənib.

İki yaşlı Yusif Qurbanov isə evdə soyuducuda saxlanılan maye halında dərmanı valideynlərindən xəbərsiz içib. Nəticədə ikiyaşlı azyaşlıda zəhərlənmə baş verib.

Hər iki xəstəyə ilkin yardım göstərildikdən sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin müdaxiləsindən sonra hər iki xəstənin vəziyyəti stabilləşib.

Onların müalicəsi xəstəxanada davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR