Bakı. Aynur Əliyeva - APA-Economics. “TQDK-nın virtual ödəmə kartlarının onlayn və qısa mesaj (SMS) vasitəsilə satışı” xidməti “Elektron hökumət” portalına inteqrasiya olunub.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) virtual ödəmə kartları (qəbul imtahanında istifadə etmək üçün - iş nömrəsi və şifr, sınaq imtahanlarında istifadə etmək üçün - seriya nömrəsi və PİN kod) elektron formada təqdim edilir.
Qeyd edək ki, artıq TQDK-nın “Elektron hökumət” portalı üzərindən təqdim olunan elektron xidmətlərinin sayı 14-ə çatıb.