Bakı metrosunun daha bir stansiyasında eskalator yenilənir

Bakı metrosunun daha bir stansiyasında eskalator yenilənir
# 05 dekabr 2014 07:18 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Bakı Metropoliteni” QSC-nin “20 Yanvar” stansiyasında eskalator əsaslı təmirə saxlanılıb.

Bunu “APA-Economcs”ə “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

“Hal-hazırda pillələr yığılır, bir neçəsi qalıb. Daha sonra eskalator yolunu yoxlayacaqlar. Test yürüşündən sonra eskalator tam istifadəyə veriləcək. Bu eskalatorların bəlli bir yürüş normaları var, yəni 100 000 gedişdən sonra eskalator əsaslı təmirə dayanmalıdır”, - deyə N. Paşayev qeyd edib.

Qeyd edək ki, dekabrın ikinci yarısında eskalatorun yenidən istifadəyə verilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR