Daxili İşlər Nazirliyi sahibkarlar üçün "Qaynar xətt" yaradıb - VİDEO

Daxili İşlər Nazirliyi sahibkarlar üçün "Qaynar xətt" yaradıb - <span style="color: red;">VİDEO
# 31 oktyabr 2015 12:26 (UTC +04:00)

DİN mətbuat xidmətindən APA-ya bildiriblər ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli Qanunu, onun tətbiqi və sahibkarlıq sahəsində dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə Prezident İlham Əliyevin 2015-ci il 26 oktyabr tarixli Fərmanı DİN tərəfindən rəhbər tutularaq həmin normativ hüquqi aktlardan irəli gələn tələblərin icrası, o cümlədən aidiyyəti üzrə daxil olan müvafiq məlumatların araşdırılması və zəruri tədbirlərin görülməsi davam etdirilir.

Bununla əlaqədar, daxili işlər orqanlarının əməkdaşları tərəfindən öz qulluq mövqeyindən sui-istifadə etməklə biznes strukturlarının, sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə edilməsi və qanuni sahibkarlıq fəaliyyətinə mane olma halları barədə dərhal nazirliyin 1002 nömrəli “Qaynar xətt”inə məlumat verilməsi xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR