Bakının bəzi küçələrinə suyun verilməsi məhdudlaşdırılacaq

Bakının bəzi küçələrinə suyun verilməsi məhdudlaşdırılacaq
# 22 iyun 2016 07:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakının bəzi küçələrində suyun verilməsi məhdudlaşdırılacaq.

“Azərsu” ACN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhəri Nizami rayonu E. Süleymanov küçəsində su təchizatı sistemlərinin yenidən qurulması işlərinin aparılması ilə əlaqədar iyunun 22-də gün ərzində Qara Qarayev və Babək prospektlərinin, həmçinin E. Süleymanov və İ. Məmmədov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu ” ASC abonentlərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR