Mahaçqalada xüsusi əməliyyat zamanı 5 silahlı zərərsizləşdirilib, 2 xüsusi təyinatlı həlak olub

Mahaçqalada xüsusi əməliyyat zamanı 5 silahlı zərərsizləşdirilib, 2 xüsusi təyinatlı həlak olub
# 23 mart 2013 17:36 (UTC +04:00)

Balı-APA. Dağıstan paytaxtı yaxınlığında yerləşən Səməndər qəsəbəsində bir neçə gün davam edən xüsusi əməliyyat zamanı beş nəfər silahlı zərərsizləşdirilib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı Federal Təhlükəsizlik Xidmətinin iki xüsusi təyinatlısı həlak olub, daha altı nəfər isə yaralanıb.

Hadisə yerinə baxış keçirərkən qanunsuz hərbi birləşmənin 5 üzvünün meyiti, uç ədəd avtomat və 2 “Steçkin” markalı tapança aşkarlanıb. Zərərsizləşdirilmiş silahlıların arasında “Qimri” silahlı qruplaşmanın başçısı İbrahim Hacıdadayev olması istisna olunmur, öldürülmüş silahlıların şəxsiyyəti dəqiqləşdirilir.

İstintaq orqanlarının məlumatına görə, qeyd olunan qruplaşmanın üzvləri Dağıstanın daxili işlər nazirinin müavini general-mayor Məhəmməd Ömərovun, hüquq-mühafizə orqanların, prokurorluğun əməkdaşlarının, deputatların və icra hakimiyyəti orqanlarının nümayəndələrinin qətlində iştirak ediblər. Məlumata görə, İbrahim Hacıdadayev şəxsən 30-dək hüquq-mühafizə orqanların əməkdaşlarının qətlində iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR