Nemtsovun qətlində təqsirləndirilən şəxslərin istintaqı yekunlaşıb

Nemtsovun qətlində təqsirləndirilən şəxslərin istintaqı yekunlaşıb
# 20 iyun 2016 15:00 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiyada müxalifət lideri Boris Nemtsovun qətlində təqsirləndirilən 5 nəfərin cinayət işinin istintaqı yekunlaşıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib ki, B. Nemtsovun “Charlie Hebdo” jurnalında Məhəmməd peyğəmbərin karikaturalarının dərc olunması mövzusunda fikirləri ilə əlaqədar qətlə yetirildiyi barədə ehtimallar təsdiqini tapmayıb: “Toplanmış dəlillər onu göstərib ki, qrup hələ 2014-cü ilin sentyabrından Boris Nemtsovun qətlinə hazırlıq işinə başlayıb. Cinayət vəd olunmuş 15 milyon rubla sahib çıxmaq üçün tamah məqsədilə törədilib”.

V. Markin qeyd edib ki, siyasətçinin ölümünün təşkilatçısı hesab edilən Ruslan Muxudinovun işi xüsusi icraata ayrılıb: “Muxudinov 2015-ci ilin noyabrından beynəlxalq axtarışa verilib. Şəxsiyyəti müəyyənləşdirilməmiş digər şəxslərin də axtarışı davam edir”.

Qeyd edək ki, B. Nemtsov 2015-ci il fevralın 29-də Moskvanın mərkəzində qətlə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR