Barak Obama: “ABŞ praktikada işgəncə tətbiqinə qayıtmamalıdır”

Barak Obama: “ABŞ praktikada işgəncə tətbiqinə qayıtmamalıdır”
# 26 iyun 2016 16:46 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama ABŞ-ın heç vaxt praktikada işgəncə tətbiqinə qayıtmamalı olduğunu bəyan edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Beynəlxalq İşgəncə Qurbanlarına Dəstək Günü ilə bağlı bəyanat verən B. Obama deyib ki, ABŞ keçmişdə yol verilən səhvləri etiraf edir və dünyada insanlarla humanist davranış metodlarının yayılmasına kömək edir.

Qeyd edək ki, bu ili aprel ayında Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Brennan bəyan edib ki, MKİ əməkdaşları artıq sorğular zamanı su il işgəncə kimi metodlardan istifadə etməyəcəklər.

Xatırladaq ki, 2014-cü ildə ABŞ-da ölkənin xüsusi xidmət orqanlarının xaricdəki məxfi həbsxanalarda saxlanılan, terror fəaliyyətində şübhəli sayılan şəxslərə qarşı işgəncə tətbiq etməsi barədə rəsmi hesabat açıqlanıb. Sənəd ABŞ Konqresinin Senatının Kəşfiyyat üzrə komitəsi tərəfindən hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR