Türkiyədə PKK terrorçularının hücumu nəticəsində 1 əsgər ölüb, daha 1-i yaralanıb

Türkiyədə PKK terrorçularının hücumu nəticəsində 1 əsgər ölüb,  daha 1-i yaralanıb
# 27 iyun 2016 00:59 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Hakkari vilayətinin Dağlıca bölgəsində PKK terrorçularının hücumu nəticəsində Türkiyə Silahlı Qüvələrinin 1 əsgəri ölüb, daha 1 isə yaralanıb.


APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bölgədə terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyatlar davam edir.


Ötən ilin oktyabrında Dağlıca bölgəsində terrorçuların hücumu nəticəsində 3 əskər şəhid olub, 6-sı yaralanmışdı. Sentyabrın 6-da isə Türkiyə Silahlı Qüvvələrinə məxsus zirehli hərbi texnikanın hərəkəti zamanı yola basdırılmış partlayıcı maddənin terrorçular tərəfindən partladılması nəticəsində 15-dən çox əsgər və zabit həlak olmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR