Azərbaycanın nəqliyyat sektorunda yük daşınması 3% artıb

Azərbaycanın nəqliyyat sektorunda yük daşınması 3% artıb
# 26 noyabr 2012 07:11 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 174,2 mln. ton və ya ötən ilin müvafiq dövrünə nisbətən 3,3% çox yük daşınıb, qeyri-neft yüklərinin həcmi isə 7,9% artıb.


Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövrünə nəqliyyat vasitələri ilə daşınmış yüklərin 55,8%-i avtonəqliyyat, 27,4%-i boru kəməri, 10,9%-i dəmir yolu, 5,9%-i dəniz nəqliyyatı vasitələri ilə həyata keçirilib: «Qeyri-dövlət bölməsində yük daşınması 3,4% artıb. Bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşınmasının payı nəqliyyat sektorunda 74,1% təşkil edib».


Komitədən həmçinin bildirilib ki, yanvar-oktyabr aylarında nəqliyyatçılar 1 321,5 mln. nəfərə və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,5% çox sərnişinə xidmət göstərib. Sərnişinlərin 87,7%-i avtomobil, 12,1%-i metro nəqliyyatının xidmətlərindən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR