Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda İran vətəndaşından xeyli miqdarda narkotik vasitə götürülüb.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikası vətəndaşı Lətifi Qulamrza Əmirəlidən və Cəlilabad şəhər sakini Elməddin İsbatovdan 1 kiloqram 300 qram heroin götürülüb.
Faktla bağlı araşdırma aparılır.