Azərbaycan xam neft və təbii qaz ixracını azaldıb

Azərbaycan xam neft və təbii qaz ixracını azaldıb
# 15 oktyabr 2014 09:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan dünya ölkələrinə 14 mlrd. 818 mln. 400,70 min ABŞ dolları dəyərində xam neft ixrac edib.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, bu rəqəm Azərbaycanın ümumi ixracının 85,38%-ni təşkil edib və ötən ilin 9 ayı ilə müqayisədə 3,18% azdır.

Bu il ərzində ölkədən 1 mlrd. 034 mln. 043,02 min dollar dəyərində neft məhsulları ixrac olunub ki, bu da Azərbaycanın ümumi ixracının 5,96%-ni təşkil edib və ötən ilin 9 ayı ilə müqayisədə 15,76% çoxdur.

Bu ilin 9 ayı ərzində ölkəmizdfən xaricə 237 mln. 495,57 min dollar dəyərində təbii qaz ixrac olunub ki, bu da Azərbaycanın ümumi ixracının 1,37%-ni təşkil edib və ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 57,43% azdır.

Qeyd edək ki, bu ilin 9 ayı ərzində Azərbaycandan ümumiyyətlə 17 mlrd. 356 mln. 824,53 min dollar dəyərində məhsul ixrac olunub. Bu da 2013-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 3,88% azalma deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR