Bank Of Baku

Bidzina İvanişvili Gürcüstanın hakim partiyasının rəhbəri olacaq

Bidzina İvanişvili Gürcüstanın hakim partiyasının rəhbəri olacaq
# 26 aprel 2018 11:08 (UTC +04:00)

Gürcüstanın hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyasının sədri dəyişir.
 
APA-nın yerli bürosunun məlumatına görə, baş nazir Giorgi Kvirikaşvili partiya sədrliyindən istefa verib.
 
Keçmiş baş nazir, "Gürcü Arzusu" blokunun yaradıcısı, iş adamı Bidzina İvanişviliyə hakim partiyanın sədri vəzifəsi təklif olunub. G.Kvirikaşvili deyib ki, B. İvanişvili təklifi qəbul edib. Baş nazir qeyd edib ki, yaxın gələcəkdə partiyanın qurultayı keçiriləcək: "İnanıram ki, partiya Bidzina İvanişvilinin sədrliyini yekdilliklə dəstəkləyəcək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR