Rusiyanın xarici işlər naziri və ABŞ-ın yeni dövlət katibi arasında telefon danışığı olub

Rusiyanın xarici işlər naziri və ABŞ-ın yeni dövlət katibi arasında telefon danışığı olub
# 18 fevral 2013 07:42 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın yeni dövlət katibi Con Kerri arasında telefon danışığı olub. APA-nın Rusiya XİN-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Lavrov və Kerri Suriyadakı böhranı müzakirə edərək tərəflərin zorakılığı dayandırması və dialoqa başlamasının zəruriliyini bildiriblər. Koreya Xalq Demokratik Respublikasının bu yaxınlarda keçirdiyi nüvə sınağından sonra Şimal-Şərqi Asiyada yaranmış vəziyyətə də toxunulub.

S. Lavrov və C. Kerri bu və digər məsələlər üzrə əlaqə saxlamağa davam etmək və yaxın vaxtlarda ikitərəfli görüş keçirmək barədə razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR