Latviyanın keçmiş dövlət və hökumət başçıları Azərbaycana səfər edəcəklər

Latviyanın keçmiş dövlət və hökumət başçıları Azərbaycana səfər edəcəklər
# 27 mart 2013 05:02 (UTC +04:00)

Bakı-APA. Latviya Respublikasının sabiq prezidentləri xanım Vaira Vike-Freiberga (1999-2007), Valdis Zatlers (2007-2011), sabiq baş naziri Valdis Birkavs Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə reallaşdırılan birinci "Cənubi Qafqaz Forumu" çərçivəsində Azərbaycanda səfərdə olacaqlar. Bu barədə APA Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru Rövşən Muradova istinadən məlumat verir.

Eks-prezident Vaira Vike-Freiberga Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının həmsədri olaraq mayın 4-5-də Gəncə şəhərində keçiriləcək Qəyyumlar Şurasının toplantısında iştirak edəcək.

Qeyd etmək istərdik ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci il sentyabr ayında Vaira Vike-Freiberga, Qırğızıstanın keçmiş prezidenti Roza Otunbayeva, Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldinin dəstəyi və rəhbərliyi ilə yaradılmış beynəlxalq qeyri-siyasi və qeyri kommersiya təşkilatıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR