Paşha Bank
Bank Of Baku

Putin, Si Cinpin və Donald Tramp arasında üçtərəfli görüş başa çatıb - VİDEO - YENİLƏNİB

Putin, Si Cinpin və Donald Tramp arasında üçtərəfli görüş başa çatıb - VİDEO  - YENİLƏNİB
# 19 noyabr 2026 13:59 (UTC +04:00)

Rusiya, Çin və ABŞ liderləri arasında üçtərəfli görüş başa çatıb.

APA xəbər verir ki, görüş bir saat yarım davam edib.

***

12:30

Rusiya, Çin və ABŞ liderləri arasında üçtərəfli görüş başlayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, görüş Şençjendə Kylin Villa otel kompleksində keçirilir.

Bu, Rusiya, ABŞ və Çin liderləri arasında belə formatda ilk görüşdür.

Vladimir Putin üçtərəfli görüşün təşkilinə görə Si Cinpinə təşəkkür edib.

Daha sonra Rusiya Prezidenti üçtərəfli görüşdə qlobal və regional əlaqələri və enerji təhlükəsizliyini müzakirə etməyi təklif edib.


Qeyd edək ki, üçtərəfli görüşün keçirildiyi məkana ən son Rusiya Prezidenti Vladimir Putin gedib. Üçtərəfli görüşdən əvvəl isə Çin liderinin iqamətgahında Si Cinpinin ABŞ Prezidenti Donald Trampla görüşü baş tutub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR