İtaliyada “Qarabağ İtaliyaya yaxın və uzaq” mövzusunda ədəbi kompozisiya təqdim olunub

İtaliyada “Qarabağ İtaliyaya yaxın və uzaq” mövzusunda ədəbi kompozisiya təqdim olunub
# 08 dekabr 2012 08:05 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. İtaliyanin Milan şəhərində Cuzeppe Verdi adına Konservatoriyada Milan könüllülərinin XXI ildönümünə həsr olunmuş ədəbi bədii gecə keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, gecənin birinci hissəsində konservatoriyanın professoru Davide Gualtieri və İtaliyada Azəri Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, Milanda “Aida” və “Orizon” rəqs akademiyasının dosenti Mais Nuriyevin layihəsi əsasında hazırlanan “Qarabağ İtaliyaya yaxın və uzaq” mövzusunda ədəbi kompozisiya təqdim edilib.

1600 nəfərə yaxın tamaşaçısı olan tədbirdə professor Davide Gualtieri giriş sözünü Qarabağla başlayıb və Azərbaycanda səyahətdə olarkən canlı şahidlərlə görüşündən söz açıb. O, tamaşaçılara ermənilərin Azərbaycan torpağı olan Qarabağda və Xocalıda törətdikləri vəhşiliklər, amansızlıqlar haqqında geniş məlumat verib. Sonra konservatoriyanın xoru və peşəkar musiqiçiləri Xocalı soyqırımına həsr olunmuş xoreoqrafik kompozisiyanı azad improvizə şəklində səsləndiriblər.

Gecənin ikinci hissəsində Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun “Qarabağ” musiqi əsərinin fonunda Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ mənzərələri xoreoqrafik lövhələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR