Boris Nemstovun vəkili tanınmış siyasətçinin bir neçə ay bundan əvvəl ölümlə hədələndiyini deyib

Boris Nemstovun vəkili tanınmış siyasətçinin bir neçə ay bundan əvvəl ölümlə hədələndiyini deyib
# 28 fevral 2015 01:06 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Boris Nemtsovun ailəsinin vəkili Vadim Proxorov bildirib. Vəkil bildirib ki, mərhum B.Nemtsovun ünvanına sosial şəbəkələrdə bir neçə ay bundan əvvəl hədələr gəlib: "Biz hətta bu barədə müraciət də etdik, lakin heç bir reaksiya olmadı". Vadim Proxorov Nemtsovun bir neçə ay bundan qabaq ölümlə hədələndiyini də söyləyib.

Öz növbəsində, hüquq-mühafizə orqanları B. Nemtsova qarşı hədələrlə bağlı heç bir müraciətin daxil olmadığını bildiriblər.

Qeyd edək ki, Boris Nemstov fevralın 27-dədə saat 23:40 radələrində paytaxtın mərkəzində Moskvoretsk körpüsünün yaxınlığında qətlə yetirilib. Naməlum şəxslər ağ rəngli avtomobildən Boris Nemstova 7-8 dəfə atəş açıblar. O, hadisə yerində keçinib. Hazırda qatilin və ya qatillərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Rusiya İstintaq Komitəsi Boris Nemtsovun qətlinin törədilmə versiyası kimi "sifariş"in əsas götürüldüyünü bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR