Naftalanda fəaliyyət göstərməyən istirahət mərkəzi, Qəbələdə isə ev yanıb

Naftalanda fəaliyyət göstərməyən istirahət mərkəzi, Qəbələdə isə ev yanıb
# 31 iyul 2014 04:31 (UTC +04:00)

Bakı-APA. Bu gecə respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Naftalan şəhərində ümumi sahəsi 325 kv.m olan hal-hazırda fəaliyyət göstərməyən istirahət mərkəzində yanğın baş verib. Nəticədə, mərkəzin yanar konstruksiyaları 290 kv.m sahədə yanıb. Mərkəzin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir yanğın hadisəsi Qəbələ rayonunda qeydə alınıb. Belə ki, rayonun Daşlıca kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 39 kv.m olan birmərtəbəli 1 otaq və aynabənddən ibarət evdə yanğın baş verib. Nəticədə, evin 6 kv.m sahədə çardağının yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi və evə bitişik tövlə, talvar yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR