Nazir müavini: “Gələn il əlil və veteranların təqaüdləri artırılacaq”

Nazir müavini: “Gələn il əlil və veteranların təqaüdləri artırılacaq”
# 26 dekabr 2012 09:07 (UTC +04:00)

Bu məqsədlə həmin proqramın həyata keçirilməsi üçün 4 milyon manatdan çox vəsait nəzərə tutulub”. APA-nın xəbərinə görə, bunu əmək və əhalin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov deyib.

Nazir müavini bu layihələr çərçivəsində, həmçinin əlillərin reabilitasiyası və müalicəsinin də həyata keçiriləcəyini bildirib: “Müalicə prosesi Azərbaycanda və xarici ölkələrdə aparılacaq. Layihədə əlillərin idmana cəlb olunması, onların məişət və sosial problemlərinin həlli də əksini tapacaq”.

İ. Rəhimov Azərbaycanda 435 mindən çox əlil olduğunu, hər bir əlil vətəndaşın müxtəlif proqramlara cəlb edildiyini vurğulayıb.

Nazir müavini əlil və veteranların təqaüdlərinin 2013-cü ildə artırılacağını da deyib: “Sosial müavinətlərin ödənişində də artım olacaq. Ötən il bu artım 10 faiz olmuşdu. Bu il də ən azı 10 faiz artım nəzərdə tutulur. Düzdür, bəzən sosial müavinətlərin az olması barədə fikirlər səslənir, əlbəttə, biz bununla razıyıq. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, bu məbləğlər ilbəil artır. Bu gün yüksək məbləğdə müavinət alan vətəndaşlar da var. Amma aşağı müavinət alanlar da var ki, onları müxtəlif yardım proqramlarına cəlb etməklə gəlirlərini kompensasiya edirik”.

İ. Rəhimov artımın bütün təbəqələri əhatə edəcəyini də deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR