Bakıda Azərbaycan-Litva biznes forumu keçirilir - FOTOSESSİYA

Bakıda Azərbaycan-Litva biznes forumu keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 09 aprel 2013 09:11 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, forumda çıxış edən Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan Avropa Birliyi ölkələri, o cümlədən Litva ilə əməkdaşlığa böyük önəm verir: «Bugünkü forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 100-dən artıq iş adamı iştirak edir və bu tədbir iki ölkə arasında əlaqələrin genişlənməsinə və əməkdaşlığın inkişaf etdirilməsinə təkan verəcək».


Öz növbəsində Litvanın baş naziri Algirdas Butkeviçius Azərbaycan iqtisadiyyatının əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu bildirib. A.Butkeviçius həmçinin qeyd edib ki, 2012-ci ildə Azərbaycan və Litva arasında ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 34% artaraq 49 mln. dollar təşkil edib. Litvadan ixrac olunan malların həcmi 52% artaraq 45 mln. dollara çatıb. Baş nazir bildirib ki, bu göstəricini artırmaq üçün lazımi perspektiv və imkanlar mövcuddur. A.Butkeviçius onu da bildirib ki, Litva ərzaq sənayesi, İKT və toxuculuq sənayesi kimi sahələrdə böyük təcrübəyə malikdir və Azərbaycanla bu sahələrdə əməkdaşlıq etməkdə maraqlıdır: «Litva ilə sıx əməkdaşlıq Azərbaycan üçün əhalisi 500 mln. olan Avropa Birliyində yeni bazarlar aça bilər».


Tədbirdə rəsmi şəxslərlə yanaşı, təhsil, tikinti, maliyyə, İKT, bərpa olunan enerji, ətraf mühitin mühafizəsi, suyun təmizlənməsi, avtomobil daşımaları, logistika, avtomobil hissələrinin satışı və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edir.


Azərbaycan və Litva arasındakı mövcud iqtisadi əlaqələrin və əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirə olunacağı biznes forumda hər iki ölkənin biznes və investisiya imkanlarına dair təqdimatlar, iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR