Yaxın 2-4 il ərzində Qobuda tikiləcək yaşayış massivinə 90 min məcburi köçkün köçürüləcək - FOTOSESSİYA

Yaxın 2-4 il ərzində Qobuda tikiləcək yaşayış massivinə 90 min məcburi köçkün köçürüləcək - <span style="color: red;">FOTOSESSİYA
# 19 aprel 2013 08:25 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu bu gün Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov yeni Qobu Şəhər Yaşayış massivinin layihələndirilməsi barədə keçirdiyi müşavirədə bildirib.

Onun sözlərinə görə, hazırda Bakı, Sumqayıt və Abşeron yarımadası ərazisində ümumilikdə 300 mindən çox məcburi köçkün yaşayır: “Hazırda Müşfiqabad və Masazırda tikilən yeni yaşayış massivlərinə 2200 ailənin köçürülmə prosesi gedir. Bu, 8-10 min nəfər deməkdir. Qalan məcburi köçkünlər hamısı yeni yaşayış massivinə köçürüləcək”.

Yeni yaşayış massivi 90 000 məcburi köçkün üçün nəzərdə tutulub. Bu, ümumilikdə 20 434 ailə deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR