Möhsün Pak Ayin: “İran-Azərbaycan əlaqələri media sahəsində konstruktiv əməkdaşlıq sayəsində başqa ölkələrə nümunə ola bilər”

Möhsün Pak Ayin: “İran-Azərbaycan əlaqələri media sahəsində konstruktiv əməkdaşlıq sayəsində başqa ölkələrə nümunə ola bilər”
# 16 oktyabr 2014 14:38 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. İran Radio Televiziya Təşkilatının sədri İzzətullah Zərqaminin Azərbaycana səfəri yalnız media əlaqələrinin inkişafı baxımından deyil, həmçinin iki ölkə arasındakı münasibətlərin inkişafı baxımından mühüm bir hadisədir.

APA – nın xəbərinə görə, bunu İranın ölkəmizdəki səfiri Möhsün Pak Ayin deyib.

Onun sözlərinə görə, İranla Azərbaycan arasındakı əlaqələr gələcəkdə media sahəsində konstruktiv əməkdaşlıq sayəsində başqa ölkələrə nümunə ola bilər.

Səfir qeyd edib ki, ötən illər ərzində transregional oyunçular və ya etnik qruplar kimi üçüncü qüvvələr Tehran-Bakı əlaqələrinin zəifləməsi üçün çox çalışıblar: “Xoşbəxtlikdən son iki ildə qarşılıqlı etimad doğuran işlər və şəffaf müzakirələr nəticəsində iki ölkə məsələlərə daha real yanaşaraq əməkdaşlıq və dostluq münasibətlərinin zəruriliyinə diqqət ediblər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR