Bakıda avtomobil maneəyə çırpılıb, sürücü ölüb

Bakıda avtomobil maneəyə çırpılıb, sürücü ölüb
# 26 noyabr 2012 12:57 (UTC +04:00)

Bakı. Fuad Cəfərov-APA. Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, noyabrın 25-i saat 11 radələrində Bakı - Mərdəkan yolunda qeydə alınıb. Pərviz Məmmədov idarə etdiyi «VAZ-21099» markalı avtomobili yol kənarındakı maneəyə vurub, nəticədə sürücü aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR