Belçikanın rəsmi şəxsləri hədələyici məktublar alıblar

Belçikanın rəsmi şəxsləri hədələyici məktublar alıblar
# 27 oktyabr 2014 15:47 (UTC +04:00)

Bakı – APA. Belçikanın daxili işlər naziri Jan Jambon ilə miqrasiya məsələləri üzrə dövlət katibi Teo Franken hədələyici məktublar alıblar.

APA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, dövlət rəsmilərinə göndərilən məktubların məzmunu eyni olub.

Məktublarda qeyd olub ki, J. Jambonla T. Franken ölkəni tərk etməyəcəkləri təqdirdə öldürüləcəklər.

T. Franken təhlükəsizliyinin təmin edilməsi üçün hökumətə müraciət etsə də, J. Jambon təhlükəsizliyinin qorunması üçün hər hansı addım atılmayacağını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR