Azərbaycanın tədiyyə balansının müsbət saldosu 2,5 dəfə azalıb

Azərbaycanın tədiyyə balansının müsbət saldosu 2,5 dəfə azalıb
# 29 mart 2013 14:26 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2012-ci il üzrə tədiyyə balansının ümumi saldosu müsbət 4 955,6 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin göstəricisindən 2,5 dəfə azdır.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, əvvəlki illərdə olduğu kimi 2012-ci ildə xarici iqtisadi əməliyyatlar neft-qaz sektoru üzrə müsbət saldoya, qeyri-neft sektoru üzrə isə mənfi saldoya malik olub. Neft-qaz sektoru üzrə ümumi daxilolmalar neftin və təbii qazın ixracı və bu sektora cəlb edilən xarici kapitalın hesabına formalaşır. Bu sektor üzrə ödənişlər isə mənfəətin və investisiyaların repatriasiyasını, avadanlıqların və xidmətlərin idxalını əks etdirir.

Nəticədə, 2012-ci ildə neft-qaz sektoru üzrə yaranmış ümumi müsbət saldo 23,2 mlrd. dollar olub. Hesabat dövründə cari əməliyyatlar hesabında 14,9 mlrd. dollar məbləğində profisit yaranıb. Neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə cari hesabın 8,5 mlrd. dollar məbləğində olan kəsirini tam örtüb.

Tədiyyə balansının əsas göstəriciləri

(mln. dollar)

2011-ci il

2012-ci il

I.Cari əməliyyatlar

hesabının saldosu 17 146,1 14 916,3

Xarici ticarət balansı 24 328,4 22 216,6

Xidmətlər balansı - 2 995,8 - 2 923,8

Gəlirlər balansı - 4 859,8 - 4 326,5

- İnvestisiya gəlirlərinin repatriasiyası - 5 148,8 - 4 518,9

Cari transfertlər balansı 673,3 - 50,0

II.Kapitalın və maliyyənin

hərəkəti hesabının saldosu - 4 789,9 - 9 960,7

Birbaşa investisiyalar 912,6 810,4

- Azərbaycana cəlb olunmuş 4 443,9 5 289,4

- Xaricə yönəldilmiş - 554,0 - 1 194,2

- İnvestisiyaların repatriasiyası - 2 977,3 - 3 284,8

Kreditlər və digər investisiyalar - 5 722,5 - 10 773,1

Neft bonusu 20,0 2,0

III.Tədiyə balansının

ümumi saldosu 12 356,2 4 955,6

Hesabat dövrü ərzində xarici ticarət dövriyyəsi 43,1 mlrd. dollar təşkil edib və, göründüyü kimi, xarici ticarət balansı 22,2 mlrd. dollar məbləğində müsbət saldo ilə nəticələnib. Bu müddət ərzində Azərbaycanın 157 dövlətlə ticarət əlaqələri olub. Xarici ticarətin 9,7%-i MDB ölkələri, 90,3%-i isə digər xarici dövlətlərin payına düşüb.

Tədiyyə balansına əsasən, hesabat dövründə əmtəə ixracı 32,6 mlrd. dollar təşkil edib ki, bu da əvvəlki il ilə müqayisədə 5,5% azdır. İxrac olunmuş malların strukturunda neft-qaz məhsullarının payı 94,1% olub. Xarici dövlətlərə 29,4 mlrd. dollarlıq neft məhsulları ixrac olunub, bunun 1,7 mlrd. dolları neft emalı məhsulları, 27,7 mlrd. dolları isə xam neftin ixracının payına düşüb. İxrac olunmuş xam neftin 26,1 mlrd. dolları Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən hasil olunmuş neftin ümumi dəyəridir. Qalan xam neft (1,7 mlrd. dollar) isə digər müəssisələr tərəfindən xaricə göndərilib ki, bunun da 134,9 mln. dolları «Şahdəniz» yatağından hasil edilmiş kondensatın, 1,6 mlrd. dolları isə ARDNŞ-in payına düşüb.

Qeyd edək ki, 2012-ci ildə ölkənin qeyri-neft ixracı 19,1% artaraq 1 933,5 mln. dollar təşkil edib.

(mln. dollar)

İxracın strukturu

2011-ci il

2012-ci il

Yanacaq-xammal məhsulları

33 435,6

31 260,5

- neft-qaz məhsulları

32 817,0

30 700,5

-digər xammal

564,6

560,0

Maşın və avadanlıq

177,7

380,0

İstehlak malları

841,1

968,2

Digər mallar

40,5

25,3

İxrac cəmi

34 494,9

32 634,0

Göründüyü kimi, azalma neft-qaz məhsullarının ixracının azalması hesabına baş verib. Belə ki, ümumi ixracın azalması 1 860,9 mln. dollar təşkil etdiyi halda, neft-qaz məhsulları üzrə azalma 2 116,5 mln. dollara bərabər olub.

Hesabat dövründə Azərbaycanın əmtəə idxalının ümumi dəyəri 10,4 mlrd. dollar təşkil edib ki, bu da illik müqayisədə 2,5% çoxdur. İstehlak mallarının idxalının ümumi dəyəri 4 375,9 mln. dollar olub ki, bunun da 1 303,6 mln. dolları ərzaq məhsullarının payına düşüb.

(mln. dollar)

İdxalın strukturu

2011-ci il

2012-ci il

İstehlak malları

3 884,1

4 375,9

- ərzaq məhsulları

1 267,7

1 303,6

- qeyri-ərzaq məhsulları

2 616,4

3 072,3

İnvestisiya yönümlü mallar

1 008,4

961,8

Digər mallar

5 274,0

5 079,8

İdxal cəmi

10 166,5

10 417,5

Göründüyü kimi, istehlak mallarının idxalının artımı əsasən qeyri-ərzaq məhsulları hesabına baş verib. Belə ki, istehlak mallarının idxalının ümumi artımı 491,8 mln. dollar təşkil etdiyi halda, qeyri-ərzaq məhsulları üzrə artım 455,9 mln. dollar, ərzaq məhsulları üzrə isə cəmi 35,9 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR