BVF: Azərbaycanda qısamüddətli dövr üçün iqtisadi artım perspektivləri əlverişlidir - FOTO

BVF: Azərbaycanda qısamüddətli dövr üçün iqtisadi artım perspektivləri əlverişlidir   - <span style="color: red;">FOTO
# 20 noyabr 2012 09:04 (UTC +04:00)

Dövlət xərclərindən geniş şəkildə qaynaqlanan qeyri-neft iqtisadiyyatının artım tempi 2013-cü ildə 8% təşkil edərək neft hasilatında proqnozlaşdırılan azalmanı artıqlaması ilə kompensasiya edə bilər. «APA-Economics»in məlumatına görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının yeni rəhbəri Raca Almarzoqi Bakıya səfərinin yekunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, noyabrın 8-dən 20-dək davam edən səfər çərçivəsində missiya Azərbaycanın dövlət rəsmiləri və qeyri-hökumət sektorunun nümayəndələri ilə görüşlər keçirib. Səfərin məqsədi 2013-cü ilin fevral-mart aylarında IV Maddə üzrə növbəti məsləhətləşmələr missiyasına hazırlıqla bağlı olub. R.Almarzoqi onu da qeyd edib ki, illik inflyasiya son dövrdə enib, lakin davamlı dövlət xərcləri və qlobal ərzaq qiymətlərinin bahalaşmasının təsiri ilə əlaqədar 2013-cü ildə inflyasiya yüksələ bilər.

Missiya rəhbəri hesab edir ki, qlobal və regional iqtisadi perspektivlərlə bağlı olan risklərin dinamikası azalmağa meyllidir, lakin geosiyasi vəziyyətlə əlaqədar olaraq dünyada neft təklifi ilə bağlı yüksələn risklər meydana çıxa bilər. İnvestisiyaları prioritetləşdirərək 2012-ci ilin yekunlarına nisbətən 2013-cü ildə qeyri-neft kəsirinin azaldılması makroiqtisadi sabitlik üçün riskləri məhdudlaşdırmağa və qlobal iqtisadiyyatın mümkün pisləşməsi halında siyasətin aparılması üçün qoruyucu ehtiyatları gücləndirməyə kömək edəcək. Büdcə-vergi çərçivəsini yenidən nəzərdən keçirərək xərclər və neftin cari qiymətləri arasındakı əlaqənin aradan qaldırılması və büdcə-vergi siyasətinin daha qabaqcadan gözlənilən və daha etibarlı edilməsi özəl investisiyaların stimullaşdırılması üçün həlledici əhəmiyyət kəsb edir.

Bununla yanaşı, R.Almarzoqi vurğulayıb ki, BVF neft gəlirlərinin idarə edilməsi və pensiya islahatları sahəsində Azərbaycana texniki yardım göstərməyə hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR