Narkotik alverində təqsirləndirilən şəxslərə hökm oxunub

Narkotik alverində təqsirləndirilən şəxslərə hökm oxunub
# 14 noyabr 2014 08:42 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən Babək Səfiyev və Dəyanət Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, onlar Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, satma, daşıma) maddəsinə əsasən ittiham ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR