Kürdəmir sakini bədbəxt hadisə nəticəsində ölüb. APA-nın yerli bürosunun məlumatına görə, Kürdəmir rayonunun Atakişili kənd sakini, 1940 -cı il təvəllüdlü Lətif Səftər oğlu Mahmudov iyunun 17-də yaşadığı evin pilləkənindən yıxılaraq ağır xəsarət alıb.
Bakıdakı xəstəxanalardan birinə yerləşdirilən L. Mahmudov bu gün orada ölüb. Faktla bağlı araşdırma aparılır.