Bakıda 20 yaşlı oğlan yeznəsini bıçaqlayıb

Bakıda 20 yaşlı oğlan yeznəsini bıçaqlayıb
# 16 iyul 2015 15:20 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Suraxanı rayonunda, Yeni Günəşli qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Orxan Ağabalayev yeznəsi, 1989-cu il təvəllüdlü Mahir Abdullayevi bıçaqlayıb.

M. Abdullayev ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hazırda polis O. Ağabalayevin tutulması istiqamətində iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR