Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kayanın diplomatik fəaliyyət müddəti başa çatır.
APA-nın məlumatına görə, Asip Kaya bildirib ki, 15 dekabr 2022-ci ildən davam edən Naxçıvan Baş Konsulluğu vəzifəsini tamamlayaraq sentyabrın 17-dən etibarən Naxçıvandan ayrılır.
O, fəaliyyəti dövründə Azərbaycan və Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına töhfə verməkdən məmnunluq duyduğunu qeyd edib.