Şamaxıda minik avtomobili və taxıl sahəsi yanıb

Şamaxıda minik avtomobili və taxıl sahəsi yanıb
# 19 iyul 2016 18:35 (UTC +04:00)

Şamaxı. Elvin Yaqubov-APA. Şamaxı rayonunda taxıl sahəsi və minik avtombili yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 19:30 radələrində rayonun Cabanı kəndi ərazisində qeydə alınıb. Rayon sakini Nuriyev Vüqar Ağaməmməd oğlu dostuna məxsus 47-BD-595 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobili ilə üzüm bağına işləməyə gəlib. Vüqar Nuriyev üzüm sahəsində işləyərkən avtomobili saxladığı biçilmiş taxıl sahəsi naməlum şəxs tərəfindən yandırılıb.

Alov qısa vaxtda geniş ərazini əhatə edib və taxıl sahəsindəki minik avtomobili tamamilə yanaraq yararsız hala düşüb.

Hadisə yerinə FHN-nin Şamaxı Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa vaxtda söndürülüb, yaxınlıqdakı kombayn, üzüm bağları və biçilməmiş taxıl sahəsi alovdan mühafizə edilib. Hadisə zamanı avtomobillə yanaşı 4 hektar biçilmiş taxıl sahəsi də yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR