Paşha Bank
Bank Of Baku

Ukrayna səfiri Azərbaycana təşəkkür edib

Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev

© APA | Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev

# 07 oktyabr 2026 12:56 (UTC +04:00)

"Azərbaycan bu gün Ukraynaya qış mövsümünə hazırlıq üçün həyati əhəmiyyət daşıyan növbəti elektrik avadanlıqları paketini göndərib".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev deyib.

Səfir bildirib ki, sözügedən yardım Rusiyanın hücumları nəticəsində Ukraynanın enerji sisteminə dəymiş ciddi zərər fonunda ölkə üçün böyük əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, Ukraynaya transformatorlar, 186 kilometr elektrik kabeli və digər avadanlıqlar daxil olmaqla 10 yük maşını yola salınıb.

Səfir Azərbaycanın dəstəyini yüksək qiymətləndirib.

“Azərbaycanın bu dəstəyinə görə çox minnətdarıq. Prezident İlham Əliyevə, Azərbaycan hökumətinə və bütün Azərbaycan xalqına ölkəm üçün göstərdiyi bu qardaşlıq yardımına görə təşəkkür edirik. Biz bunu heç vaxt unutmayacağıq və Azərbaycanın Ukraynaya göstərdiyi bu qardaş dəstəyi hər zaman xatırlayacağıq”, - o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR