Sabirabadda biçilməmiş taxıl sahəsi yanıb

Sabirabadda biçilməmiş taxıl sahəsi yanıb
# 08 iyun 2016 16:10 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Sabirabad rayonunda biçilməmiş taxıl sahəsi yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sabirabad rayonu, Nizami kəndində vətəndaşlara məxsus ərazidə 5 hektar sahədə biçilməmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı digər biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın saat 15:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR