Suriyada 3 türk əsgəri şəhid olub, 1-i yaralanıb

Suriyada 3 türk əsgəri şəhid olub, 1-i yaralanıb
# 09 sentyabr 2016 18:31 (UTC +04:00)

Bakı-APA. Suriyanın şimalında Türkiyə ordusuna məxsus tank vurulub.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat verib.

"Azad Suriya Ordusu ilə İŞİD terror qruplaşması arasında baş verən toqquşmalarda tankın vurulması nəticəsində 3 əsgər həlak olub, 1-i yaralanıb”, məlumatda deyilir.

Qeyd edək ki, “Azad Suriya Ordusu” Türkiyə Silahlı Qüvvələrinin köməyi ilə avqustun 24-dən Suriyanın şimalında İŞİD silahlılarına qarşı əməliyyata başlayıb

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR