Gürcüstandan Azərbaycana avtomobil ixracı 56% azalıb

Gürcüstandan Azərbaycana avtomobil ixracı 56% azalıb
# 28 oktyabr 2014 09:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Gürcüstandan Azərbaycana 207 200,4 min dollar dəyərində 14 822 minik avtomobili ixrac olunub.

Bu barədə “APA-Economics” Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 534 avtomobil və ya 55,5% azdır. Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi dəyər baxımından 31,6% azalıb. Qeyd edək ki, bu ilin 9 ayı ərzində Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 48,7% təşkil edib.

Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin həcmi bu ölkənin ümumi avtomobil ixracının 39%-ni təşkil edib.

Bu ilin yanvar-sentyabr ayları ərzində ölkənin ümumi ixracında isə Azərbaycana ixrac olunan məhsulların xüsusi çəkisi 19,8% təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Gürcüstandan Azərbaycana 425 789,8 min dollar dəyərində məhsul ixrac edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR