Azərbaycanın bəzi rayonlarının qaz təchizatı məhdudlaşdırılır

Azərbaycanın bəzi rayonlarının qaz təchizatı məhdudlaşdırılır
# 12 yanvar 2016 15:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sabah Astara və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, yanvarın 13-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Qaracalar”, “Otuzikilər”, “İmişli”, “İmişli şəkər” və ''Əlillər'', eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin “Gəncə Körpü Tikinti-2” qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Göy-Göl rayonunun Balçılı və Qırxlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin İmişli və Saatlı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR