Azərbaycanda həyat sığortası bazarında yığım 40%, ödəniş 30%-dən çox azalıb

Azərbaycanda həyat sığortası bazarında yığım 40%, ödəniş 30%-dən çox azalıb
# 23 fevral 2015 14:09 (UTC +04:00)

Bakı. APA-Economics - Musa Əhmədov. 2015-ci ilin yanvar ayında Azərbaycanda toplanan sığorta haqlarının 13%-i və ya 8,2 mln. manatı həyat sığortası üzrə yığımların payına düşüb.

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov məlumat verib. Onun sözlərinə görə, ötən ilin yanvar ayı ilə müqayisədə həyat sığortası bazarı 38,2% azalıb.

Həyat sığortası üzrə yığımların təxminən 50%-i və ya 4,1 mln. manatı həyatın yaşam sığortasının, 30,5%-i və ya 2,5 mln. manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 19,5%-i və ya 1,6 mln. manatı həyatın ölüm halından sığortasının, cəmi 12,6 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

2015-ci ilin yanvar ayında həyat sığortası üzrə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 650 min manat təşkil edib. Bu da ümumi ödənişlərin 6,3%-ni təşkil etməklə, 2014-cü ilin yanvar ayına nisbətən 31,9% azdır.

Həyat sığortası üzrə ödənişlərin 39,5%-i və ya 257 min manatı həyatın yaşam sığortasının, 37,1%-i və ya 241 min manatı həyatın ölüm halından sığortasının, 23,4%-i və ya152 min manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın payına düşüb.

Həyat sığortası üzrə ödənişlərin təxminən 39,5%-i və ya 257 min manatı həyatın yaşam sığortasının, 37,1%-i və ya 241 min manatı həyatın ölüm halından sığortasının, 23,4%-i və ya 152 min manatı isə istehsalatda bədbəxt hadisələrin sığortanın payına düşüb.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 8 manat ödəniş həyata keçirilib. Ötən ilin yanvarında bu göstərici 7,2 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR