Şimali Koreya (KXDR) Cənubi Koreya ilə mayın 16-na planlaşdırılmış yüksək səviyyəli danışıqlardan imtina edib. APA-nın “Renhap”a istinadən verdiyi xəbərə görə, buna səbəb ABŞ-ın Cənubi Koreya ilə keçirdiyi birgə hərbi təlimlər olub.
Qeyd edək ki, iki ölkə arasındakı sərhəddə keçirilməsi planlaşdırılmış görüşün təşəbbüskarı KXDR olmuşdu. Danışıqlarda “Qırmızı Xaç” xətti ilə dialoqun bərpası məsələlərinin müzakirə olunacağı gözlənilirdi.
Pxenyan həmçinin ABŞ-la planlaşdırılmış birgə sammitdən də imtina edəcəyi ilə hədələyib.
Qeyd edək ki, ABŞ-ın “Max Thunder” təlimləri Cənubi Koreyada aprelin 15-dən keçirilir.
Təlimlərdə ABŞ və Cənubi Koreyadan 2000-dək hərbçi iştirak edir.