Qəbələdə ağır yol qəzası baş verib, ölən və yaralanan var
14 oktyabr 2012 19:48 (UTC +04:00)
Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi kapitan Elşad Əmirov APA-ya bildirib ki, hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki yolunun 85-ci kilometrliyində, Qəbələ rayonu ərazisində qeydə alınıb.
Ağdaş sakini, 1972-ci il təvəllüdlü Gözəlov Tərlan Siyah oğlunun idarə etdiyi 10-XT-816 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik maşını yüksək sürətlə hərəkətdə olarkən qarşı tərəfdən gələn, Şəki sakini, 1987-ci il təvəllüdlü Zeynalov Elçin Mirzəli oğluna məxsus 90-GG-287 dövlət nömrə nişanlı “VAZ 2107” markalı maşınla toqquşub, sonra isə yoldan çıxaraq ağaca çırpılıb.
Hadisə nəticəsində “VAZ 2106” markalı maşının sürücüsü Tərlan Gözəlov ağır bədən xəsarətləri ilə Qəbələ Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Onun qardaşı, 1986-cı il təvəllüdlü Ruslan Gözəlov dünyasını dəyişib.
Faktla bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Hadisə
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB - FOTO
23:39
17 may 2024
Bakının İstiqlaliyyət küçəsində kafedə tüstülənmə olub
21:26
17 may 2024
FHN: Kürdəmir və Saatlıda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib - VİDEO
19:55
17 may 2024
“Tərtər işi” ilə bağlı həbs edilən general Bəkir Orucovun cəzası 9 ildən 6 ilə endirilib
17:50
17 may 2024