Bakı aeroportunda qanunsuz olaraq Dubaydan Azərbaycana telefon gətirən şəxs tutulub

Bakı aeroportunda qanunsuz olaraq Dubaydan Azərbaycana telefon gətirən şəxs tutulub
# 05 oktyabr 2012 06:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Pərviz Həmidov gömrük nəzarətindən «yaşıl» kanalla keçərkən, hərəkətləri şübhə doğurduğuna görə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən saxlanılıb və ona məxsus baqajda baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, baxış zamanı aparatın monitorunda mobil telefonlar və aksessuarların təsvirləri görünüb. Bundan sonra çamadana müvafiq qanunvericiliyə uyğun olaraq təkrar gömrük baxışı keçirilib. Nəticədə, çamadanın içərisindən P.Həmidovun şifahi, yazılı və elektron formada bəyan etmədiyi - 8 ədəd «Samsung Galaxy SIII» markalı mobil telefon, 40 ədəd «BlackBerry 9700» markalı mobil telefon üçün gövdələr, 10 ədəd üzərində «TwinMOS Ultra-X SD 66 X 2 GB», 10 ədəd üzərində «SD HC Class 4 GB Apacer» və 10 ədəd üzərində «TwinMOS HC Class 8 GB» markalanma yazısı olan fotoaparatlar üçün yaddaş kartları və mobil telefon üçün 600 ədəd «Micro SD 2 GB» yaddaş kartı aşkar olunaraq protokol əsasında götürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR