Nazir müavini: «Bakıda İnternet İdarəçilik Forumunun keçirilməsi Azərbaycanda bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir»

Nazir müavini: «Bakıda İnternet İdarəçilik Forumunun keçirilməsi Azərbaycanda bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir»
# 05 noyabr 2012 10:28 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda İnternet İdarəçilik Forumunun (IGF-2012) keçirilməsi ölkədə bu sahədə görülən işlərin, o cümlədən informasiya texnologiyalarının inkişafı, internetdən istifadənin genişlənməsi üçün həyata keçirilən tədbirlərin nəticəsidir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

Onun sözlərinə görə, budəfəki tədbirə 1500-dən artıq xarici qonağın qatılması gözlənilir, artıq qonaqlar Bakıya gəlir və bu gün müəyyən tədbirlərə start verilib. Belə ki, bu gün xüsusi sessiyalarda Azərbaycanda informasiya texnologiyalarının inkişafı, ifadə azadlığı, internetdən istifadənin azadlığı, sosial şəbəkələrə aid olan məsələlərin müzakirəsi keçirilir. Bu tədbirlərdə hökumət orqanlarının nümayəndələri, qeyri-hökumət təşkilatları, özəl qurumların nümayəndələri iştirak edirlər.

E.Vəlizadə bu sahədə Azərbaycanda ifadə azadlığının olduğu, internetdən istifadə üçün bütün şəraitin yaradıldığı, internet fəaliyyəti üçün lisenziyanın tətbiq edilmədiyi xüsusi vurğulayıb. Tədbirdə ölkədə bu sahədəki bu sessiyaların və ümumilikdə forumun fəaliyyəti internet vasitəsilə canlı olaraq dünyaya yayımlanır və istənilən ölkədə bu tədbirləri izləmək mümkündür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR