Ceyhandan dünya bazarına çıxarılan Azərbaycan neftinin həcmi son bir ildə 10% azalıb
10 oktyabr 2012 15:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayı ərzində 2 453 356 ton Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarlarına çıxarılıb.
Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bu həcmin 1 758 450 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin avqust ayına nisbətən Ceyhan limanından dünya bazarlarına ixrac olunan neftin həcmi 15,2% artıb.
Cari ilin yanvar-sentyabr aylarında isə Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 22 281 038 ton olub ki, ötən ilin analoji dövrünə nisbətən bu neftin ixracı 10% azalıb.
Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan neft boru ixrac kəməri istismara verilən gündən 2012-ci il oktyabrın 1-dək Ceyhan limanından 196 299 066 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Sənaye və energetika
“Romgaz” şirkəti Moldovaya qaz tədarükü üçün lisenziya almaq niyyətindədir
17:29
17 may 2024
Elnur Soltanov: Özəl sektor bahalı olduğuna görə yaşıl metodları dəstəkləmir
12:17
17 may 2024
Azərbaycan neftinin qiyməti 84 dolları ötüb
09:34
17 may 2024
Azərbaycan 19 ölkəyə 4.3 mlrd. dollarlıq neft ixrac edib - Siyahı
16:16
16 may 2024